Aİ ilə Assosiasiya haqqında Bəyannamənin təqdimatı keçiriləcək

İyunun 23-də saat 12-də Azərbaycan Mətbuat Mərkəzində “Avropa İttifaqı ilə Assosiasiya Sazişinə münasibət haqqında” Bəyannamənin təqdimatı keçiriləcək. Bəyannamənin təşəbbüskarı Demokratik Qüvvələrin Milli Şurasıdır. Sənədi ziyalıların, vətəndaş cəmiyyəti fəallarının, müstəqil KİV-lərin və siyasi partiyaların nümayəndələri imzalayıb. Bəyannamədə AŞ ilə Assosiasiya Sazişinə dəstək ifadə olunur.